Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 18:36

«Eurovision 2012»nin aparıcıları bəlli oldu


Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision 2012» mahnı müsabiqəsinin aparıcılarının adı açıqlanıb.

Mayın 22-si, 24-ü və 26-da baş tutacaq bu müsabiqənin aparıcıları sırasında ötən il Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov da var.

Ənənəvi olaraq şounu aparmaq üçün üç aparıcı seçilib.

Digər aparıcılar İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Leyla ƏliyevaNərgiz Birk-Petersendir.

Nərgiz Birk-Petersen «Bakı 2020»nin kommunikasiya direktorudur.

O, aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində də çıxış edib. /apa/

Şərhlər (3)

Bu forum dayandırılıb
XS
SM
MD
LG