Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:37

Ali Akbar Salehi uranı zənginləşdirmək barədə danışıb


Xarici İşlər Naziri Ali Akbar Salehi
Xarici İşlər Naziri Ali Akbar Salehi
Aprelin 16-da İranın xarici işlər naziri Ali Akbar Salehi deyib ki, rəsmi Tehran uranı zənginləşdirmək hüququndan imtina etməyəcək. Amma nazir işarə edib ki, uranın zənginləşdirmə səviyyəsi müzakirəyə açıqdır.
Salehi bu barədə İranın dövlət peyk televiziyası Jam-e Jamə deyib. Onun sözlərinə görə, danışıqlar üçün imkan var. O xatırladıb ki, mayın 23-də Bağdadda dünya güc dövlətləri ilə İran hakimiyyəti yenidən görüşəklər.
Bu ərəfədə İstanbulda İran və 6 güc dövləti - Çin, Britaniya, Almaniya, Rusiya və ABŞ təmsilçiləri arasında danışıqlar aparılıb. Onlar 15 aydan sonra ilk dəfədir ki, İranın nüvə proqramı ilə bağlı bir araya gəliblər.
XS
SM
MD
LG