Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Elçin Behbudov Ramil Usubovla görüşüb


Daxili İşlər Naziri Ramil Usubov
Daxili İşlər Naziri Ramil Usubov
Aprelin 14-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb. Görüşdə insan hüquq və azadlıqları müzakirə edilib.
Elçin Behbudovun AzadlıqRadiosuna verdiyi məlumata görə, «Kür» Vətəndaş Cəmiyyətinin koordinatoru hüquq müdafiəçisi Oqtay Gülaliyevin polisdə üzləşdiyi problemlərdən də söz açılıb:
«İşgəncə və qeyri-insani rəftarla bağlı bizə müraciətlər barədə, həmçinin keçirdiyimiz monitorinqlər, aşkar olunan problemlərlə əlaqədar söhbət etdik. Bununla yanaşı, «Kür» Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülaliyevlə bağlı söhbətimiz oldu. Mən bildirdim ki, o, polis şöbəsində qeyri-insani rəftarla üzləşdiyini deyir».
Nazir Ramil Usubov cavabında bildirib ki, məsələ nazirlik tərəfindən araşdırılıb və polisdə Oqtay Gülaliyevə qarşı pis rəftar öz təsdiqini tapmayıb.

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının Koordinatoru Oqtay Gülalıyev Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayevin şikayəti əsasında aprelin 8-də saxlanılıb. Bələdiyyə sədri Oqtay Gülalıyev tərəfindən təhqir olunduğunu iddia edib.
Aprelin 9-da Sabirabad rayon məhkəməsinin qərarı ilə ona 12 sutka inzibati həbs cəzası verilib. Hazırda o, Sabirabad rayon polis idarəsinin müvəqqəti saxlanma təcridxanasındadır.
Saxlanılan gün Minbaşı kəndində monitorinq aparan Oqtay Gülalıyevin özü isə heç kimi təhqir etmədiyini, əksinə bir neçə kənd sakini ilə görüşən vaxtı bələdiyyə sədri və icra nümayəndəsinin onu təhqir etdiyini bildirir.
XS
SM
MD
LG