Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:36

Kolumbiyada Amerika ölkələrinin sammiti keçirilir


ABŞ prezidenti Barack Obama Amerika dövlətləri təşkilatı ölkələrinin sammitində iştirak etmək üçün cümə günü Kolumbuyaya gedib.

Sammit ölkənin şimalındakı Kartagena şəhərində keçirilir.

Barack Obamanın paytaxt Bogotadakı ABŞ səfirliyinə gəlməsindən az sonra iki kiçik partlayış törədilib.

Amma xəsarət alan olmayıb.

Bundan az sonra isə sammitin keçirildiyi Kartagena şəhərində oxşar partlayışlar törədilib.
Polis solçu radikal qruplardan şübhələnir.

Sammitin ABŞ prezidenti üçün asan olmayacağı gözlənilir.

Çünki bir sıra Latın Amerikası ölkələri narkotikin leqallaşdırılması və Kubaya qarşı sanksiyaların ləğvini təkid edirlər.

Amma Birləşmiş Ştatlar bu məsələlərdə güzəştə getmək fikrində deyil.
XS
SM
MD
LG