Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:38

Suriya müxalifəti hökumətin atəşkəsi pozduğunu deyir


Suriyanın hökumət qoşunları ötən gecə və bu gün səhər Homs şəhərindəki 2 yaşayış məhəlləsini atəşə tutublar.

Bu barədə şəhərdə yaşayan müxalifət fəalları xəbər verirlər.

Bu ötən cümə axşamından qüvvəyə minmiş atəşkəs rejiminin ilk pozulması halıdır.
Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi bir neçə adamın yaralandığını xəbər verir.

Şənbə günü BMT-nin təhlükəsizlik şurasında Suriyaya beynəlxalq müşahidəçilər göndərilməsini nəzərdə tutan qanun layihəsinin səsə qoyullacağı gözlənilir.

Bu BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Kofi Annanın təklif etdiyi və Dəməşqin qəbul etdiyi sülh planında nəzərdə tutulur.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi ütirazlar keçirilir.

BMT bu müddət ərzində 9 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG