Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:57

Kürdə suyun səviyyəsi 1 metr qalxıb


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti «hakimiyyətdə fövqəladə narahatçılıq» olduğunu yazır. Qəzetə görə, «iqtidar Qərb mətbuatında gedən ifşaedici materialları Azərbaycanda inqilaba hazırlıq kimi dəyərləndirir…».

«Yeni Müsavat» yazır ki, «MTN-nin həbslər həyata keçirdiyi «Texnikabank» suyu sovrulmuş dəyirmana dönüb». Qəzetə görə, «fiziki şəxslərlə yanaşı, ən iri şirkətlər də hesablarını burdan çıxarmağa başlayıblar…».

«Qubada həbs olunanlar ailələri ilə görüşə bilmir». Bunu «Bizim yol» qəzeti yazır: «Təqsirləndirilənlə görüşə yalnız dövlətin tutduğu vəkillər buraxılır…».

«Ekspress» qəzeti NATO ilə Azərbaycanın əlaqələrinin yaxınlaşmasından yazır: «Azərbaycanın aerodromları, hərbi gəmiləri artıq NATO standartlarına uyğunlaşıb». Bu fikirləri Bakıda keçirilən sammitdə NATO mənzil-qərargahının nümayəndəsi Steffen Elgersma deyib.

«Ayna» qəzeti Kürdə suyun səviyyəsinin 1 metr qalxdığını yazır: «Fövqəladə Hallar Nazirliyi deltaya 3 torpaqsoran gəmi göndərib…».

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya «İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru» diplomu verilib. Universitetin rektoru Pyotr Qlibçenko deyib ki, «universiteti 1988-ci ildə əla qiymətlərlə bitirmiş Mehriban Əliyeva ali məktəbin fəxridir. Çox sevindiricidir ki, o, bu gün də doğma elm ocağını unutmur, universitetlə əlaqə saxlayır, onun problemlərinə diqqətlə yanaşır…».
XS
SM
MD
LG