Keçid linkləri

2026, 12 Avqust, çərşənbə, Bakı vaxtı 19:07

Mozdok-Qazıməmməd qaz kəmərində partlayış olub

Aprelin 13-ü axşam saatlarında Şamaxı rayonu ərazisindən keçən Mozdok-Qazıməmməd qaz kəmərində partlayış baş verib. Partlayış nəticəsində yanğın başlayıb.

Bir müddət kəmər vasitəsilə qazın verilməsi dayandırılıb.

Yanğın artıq söndürülüb.

Hadisə nəticəsində insan tələfatı və xəsarət alan yoxdur.

Partlayışın səbəbləri hələ açıqlanmır.

Mozdok-Qazıməmməd qaz kəməri 1983-cü ildə çəkilib. Onun vasitəsilə təbii qaz Azərbaycandan Rusiyaya ötürülür.
This item is part of
XS
SM
MD
LG