Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:26

Ziyalılar Forumu bu dəfə büdcə vəsaitlərini müzakirə etdi


Ziyalılar Forumu, 13 aprel 2012
Ziyalılar Forumu, 13 aprel 2012
Aprelin 13-də Ziyalılar Forumunun növbəti toplantısı olub.

Toplantıda Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması məsələləri müzakirə edilib.

Forumun üzvü Eldar Namazov deyib ki, onların məqsədi vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirmək və birgə fəaliyyət göstərməkdir.

Toplantıda neft gəlirlərinin qeyri-şəffaf xərclənməsi, Kür daşqınlarından zərər çəkənlərə çatacaq kompensasiyaların verilməsində mövcud olan problemlərə də toxunulub.

Büdcə vəsaitlərinin xərclənməsinə dair araşdırmaların oxuculara çatdırılması üçün yeni bir saytın yaradılması təklifi irəli sürülüb. Eldar Namazova görə, belə bir internet resursun yaradılması jurnalistlərin korrupsiya ilə bağlı apardığı araşdırmalara çıxışı xeyli asanlaşdıra bilər.

Yazıçı, kinorejissor Rüstəm İbrahimbəyov isə təklif edib ki, Azərbaycan cəmiyyəti daha çox xarici mətbuatda yayılan məlumatları mənimsədiyindən araşdırmaların xarici ölkə mətbuatında yayılması təşkil olunsun.
XS
SM
MD
LG