Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Portuqaliya büdcə intizamı müqaviləsini ratifikasiya edən ilk ölkə oldu


Portuqaliya Avropa Birliyində büdcə intizamı haqda yeni müqaviləni ratifikasiya edən ilk dövlət oldu.
Portuqaliya parlamentində bu müqavilənin ratifikasiyası əleyhinə yalnız 3 ifrat sol partiyadan olan deputatlar səs verib.

Müqaviləni mart ayında Avropa Birliyinin 27 ölkəsindən 25-i imzalayıb.

Portuqaliya avrozonaya daxil olan 17 ölkə arasında borc böhranının ən çox zərbə vurduğu 3 ölkədən biridir.

Yunanıstan və İrlandiyadan sonra Portuqaliyaya da Avropa Birliyi və BFV maliyyə yardımı etdi.
XS
SM
MD
LG