Keçid linkləri

2025, 28 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:43

Cavad Xanın dəftərxanası söküldü [VİDEO]


Gəncə şəhər Mədəniyyət İdarəsinin baş inspektoru Bəxtiyar Muradov bildirib ki, bina qəzalı vəziyyətdə olduğundan şəhər rəhbərliyi onun sökülməsinə qərar verib.

Söküntünün yanında aqlay və qırmızı kərpiclərlə tikilmiş müasir tipli yeni dəftərxana da inşa edilib, təmir işləri gedir. Dəftərxananın işçiləri isə müvəqqəti olaraq başqa yerdə fəaliyyət göstərirlər.

Mirzə Abbas Abbaszadə küçəsi 68 ünvanında yerləşən Cavad Xan dəftərxanası XVIII əsrdə tikilmişdi. Bir vaxtlar şairlər - Mirzə Şəfi Vazeh və Nikolaz Baratişvili burada Cavad Xanın mirzələri kimi çalışıblar.

1968-ci ildən tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilibmiş.

XS
SM
MD
LG