Keçid linkləri

2026, 22 İyul, çərşənbə, Bakı vaxtı 15:39

Mubarak rejimindəki vəzifəli şəxslər siyasətlə məşğul olmayacaq

Misir parlamenti Hosni Mubarak rejimində yüksək vəzifə tutmuş şəxslərin 10 il siyasətlə məşğul olmasını qadağan edib. Qanun 2001-ci ildən 2011-ci ilin fevralına qədər yüksək post tutmuş şəxslərə şamil olunacaq.

Qanun Ali Hərbi Şuranın razılığından sonra qüvvəyə minə bilər. Bunun Hosni Mubarak rejimində vitse-prezident postu tutmuş Omar Suleimanın prezident seçkisində iştirakına imkan verməmək məqsədi daşıdığı bildirilir. Misirdə prezident seçkisi mayın 23 -24-də keçiriləcək.
This item is part of
XS
SM
MD
LG