Keçid linkləri

2026, 07 İyun, bazar, Bakı vaxtı 21:49

Şimali Koreyanın raketi havada partlayıb

Şimali Koreyanın fəzaya göndərdiyi raketin uçuşu uğursuz olub. Raket atmosferdən çıxa bilməyib.

Cənubi Koreyanın verdiyi məlumata görə, raket yerli vaxtla 07. 39-da fəzaya buraxılıb. Startdan bir neçə dəqiqə sonra isə peyk daşıyıcısı olan raket havada partlayıb, qalıqları isə Sarı dənizə düşüb.

Qərb bundan əvvəl Şimali Koreyanı fəzaya raket göndərməməyə çağırırdı. Bildirirdi ki, əslində bu nüvə başlığı olan ballistik raketdir. Pxenyan isə raketi elmi məqsədlər üçün fəzaya göndərəcəyini bildirirdi.
This item is part of
XS
SM
MD
LG