Keçid linkləri

Təcili xəbərlər
2022, 20 Yanvar, Cümə axşamı, Bakı vaxtı 03:17

Viktor But Dumanı ABŞ-la Tailandı məhkəməyə verməyə çağırıb


Birləşmiş Ştatlarda 25 il həbs cəzasına məhkum edilmiş rusiyalı iş adamı Viktor But

Rusiya Dövlət Dumasını onun adından Tailand və Birləşmiş Ştatları beynəlxalq məhkəməyə verməyə çağırıb.

But Nyu-York-Moskva telekörpüsündə bir daha özünü günahkar saymadığını bildirib.

Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsi cümə axşamı Buta qarşı çıxarılmış hökmün ədalətsiz olması barədə bəyanat qəbul edib.

Rusiyanın xarici işlər nazirliyi Viktor Butun evə dönməsinə çalışır.

O 2008-ci ildə Tailandda həbs edilib.

Viktor But Kolumbiya üsyançılarına silah satmaq cəhdində ittiham olunur.

2010-cu ildə Tailand onu Birləşmiş Ştatlara verib.
XS
SM
MD
LG