Rusiyada hakimiyyətlə müxalifətin mübarizəsi təkcə Moskva küçələrində getmir.
Həştərxan şəhəri regionda bu mübarizənin ön cəbhəsinə çevrilib.
Paytaxtdan müxalifət liderləri, ictimai fəallar Volqa çayı sahillərindəki bu 520 minlik şəhərə axışırlar ki, Oleq Sheinə dəstək versinlər.
28 GÜN ACLIQ
Oleq Shein kimdir?
Müxalifət namizədi Oleq Shein martın 4-dəki mer seçkilərində saxtaxarlığa etiraz olaraq aclıq edir.
Onun aclığı 28 gündür ki davam edir.
Seçkilərin nəticəsini ləğv etdirmək üçün daha 20 nəfər martın 16-da Sheinin aclığına qoşulub.
Korrupsiya əleyhinə yazıları ilə tanınmış bloqqer Aleksey Navalny aprelin 4-də Həştərxana gəldi ki burdakı 1500 nəfərlik aksiyada iştirak etsin.
O öz bloqunda yazırdı: “Mən əminəm ki, biz hamımız dəstək üçün ora getməliyik”. “Biz etirazımızı lazım və ehtiyac olan yerə yerə köçürə bilmiriksə, bizim etirazımızın heç bir qiyməti yoxdur”.
Rusiyanın tanınmış televiziya ulduzu Kseniya Sobchak elan edib ki, Həştərxana gedənlərə yol pulunu verməyə hazırdır.
Həştərxan hadisələrindən qabaq Stavropol Diyarının Lermontov şəhərində aclıq aksiyasından sonra seçkilərin nəticələri ləğv olundu.
Moskvadakı Karneqi Mərkəzindən olan regional təhlilçi Nikolay Petrov hesab edir ki, eyni taktikanın təkrarı hakimiyyəti pis vəziyyətdə qoyur.
“Bu, məhz Kremlin qorxduğudur”. “Onlar Lermontovda problemi bağladılar. Ancaq indi Həştərxanda bu, onları düyünə salıb. Əgər hakimiyyət güzəştə getsə, sabah başqa yerlərdə bu təkrar olunacaq”.
BİR STƏKAN MEYVƏ ŞİRƏSİ
Shein aprelin 12-də Həştərxan qanunvericiləri qabağında çıxış edib.
O deyib ki, bu gün özünə bir stəkan meyvə şirəsini rəva görə bilər.
O deyib ki, bunu ona görə edir ki, aclıq aksiyasının kəskinliyini bir qədər azaltsın.
Aclığı dayandırmayan Sheinin bir qədər güzəştə getməyinə səbəb onun saxtakarlıq haqda verdiyi videoları və sənədləri Mərkəzi Seçki Komissiyasının sədri Çurovun araşdırma üçün qəbul etməsidir.
Shein deyib: “ Bazar ertəsi biz MSK və Baş Prokurorluqla birgə işləməyə başlayacağıq. Məqsədimiz Həştərxana qayda-qanun gətirmək, bu şəhərin oğurlanmıəş azadlığını qaytarmaq, bu şəhəri geri almaqdır”.
40 yaşlı Shein Dumanın keçmiş deputatıdır.
O, Ədalətli Rusiya partiyasındandır.
Shein aclıq aksiyasında 10 kq çəki itirib.
O tələb edir ki, Həştərxandakı seçkilər yenidən keçirilsin.
Həmin seçkilərin rəsmi nəticələrinə görə, Shein cəmi 30 faiz səs yığıb.
Seçkiləri isə 60 faiz səslə hakim partiyanın nümayəndəsi Mikhail Stolyarov udub.
Sheinin tərəfdarları deyirlər ki, pozuntular və saxtakarlığı sübut edən onlarla videoları, sənədləri var.
Onlar bu materialları internetə qoyublar.
PUTİN SHEİNİN ACLIĞI HAQDA
Hakimiyyətin Sheinin aclığına münasibətini baş nazir Putin aprelin 11-də bildirdi.
O, parlamentdə çıxışnda Ədalətli Rusiyadan olan deputatlara üzünü tutaraq dedi: “Sizin həmkarınız Shein aclıq aksiyasına gedir, ancaq məıhkəməyə getmir. Bu bir az qəribədir. Bəlkə məhkəmə bunu arşdırcaq və məlum olacaq ki, seçkinin nəticələri düzdür”.
Sheinin aclıq aksiyasını Putin belə tənqid edəndən sonra Ədalətli Rusiyadan olan 64 deputat etiraz olaraq zalı tərk etdi.
Shein isə “Vedomosti” qəzetinə müsahibəsində deyir ki, aclıq onun axırıncı vasitəsidir.
O, 2009-cu il seçkilərində də belə saxtakarlıqla uduzduğunu xatırladır.
O deyir: “Biz bütün imkanlardan istifadə etdik. Həştərxanda böyük etirazlar oldu. Etirazçıları evlərindən oğurlayırdılar, maşınlarını sındırırdılar, etirazçılara qarşı 140 zorakılıq qeydə alındı. Bunlar hamısı bloqlarda əks olundu. Ancaq o vaxt bunlar videoda qeyd olunmamışdı. Etirazların effekti olmadı”.
"MOSKVADA SİYASİ QICIQLANMA"
Frans Press agentliyinə müsahibəsində isə Shein deyib ki, yerli qubernator şəxsən ona müraciət edib ki, aclığı dayandırsın. Qubernatorun sözlərinə görə, “bu aclıq Moskvada siyasi qıcıqlanma yaradır”.
Moskvada da müxalifət Sheinə dəstək mitinqləri keçirir.
Sol Cəbhə adlı müxalifət hərəkatının lideri Sergey Udaltsov belə nümayişlərin birində tutuldu.
Udaltsovun özü Sheinə dəstək üçün aclığa başlayıb.
Həştərxanda yaşayan təhlilçi Nikolay Qrişin Azadlıq Radiosuna deyib ki, Sheinin aclığı vəziyyəti gərginləşdirir, ancaq bunun nə ilə qurtaracğını demək çətindir.
“Seçkilərin nəticələrinin ləğv olunacağına nümayişə çıxanların ümidi azdır. Adamlar vuruşmağa hazırdırlar, ancaq onlar başa düşürlər ki, hakimiyyət böyük güzəştə getməyəcək”.
Təhlilçinin fikrincə, pat vəziyyəti yaranıb. Tərəflər bilmirlər ki, neyləsinlər.
"Seçkilər doğrudan da dəhşətli keçirilib. Buna etiraz edənlərin aclığı isə insanların həyatına real təhlükə yaradır."