Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 05:44

Türkiyədə bir neçə keçmiş hərbçinin həbsinə order verilib

Türkiyə polisi cümə axşamı istefada olan bir neçə hərbçinin evində axtarış aparıb.
İstefada olan general Çevik Bira da daxil olmaqla bir neçə keçmiş hərbçinin həbsinə order verilib.

Əməliyyat hökumət əleyhinə sövdələşmə ittihamıyla bağlı aparılan istintaq çərçivəsində keçirilib.

Onlar mötədil islamçı Rəcəb Tayyib Ərdoğan hökumətini devirməyə cəhddə itiham olunurlar.

Bu günlərdə isə 1980-ci ildə ölkədə edilmiş hərbi çevrilişin liderlərindən 2-sinin məhkəməsi başlanıb.
This item is part of
XS
SM
MD
LG