Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:42

«Eurovision» bileti vizaya zəmanətdir


Əbülfəz Qarayev
Əbülfəz Qarayev
«Eurovision» üçün alınan bilet hava limanında viza alınması üçün zəmanətdir».

Bunu Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev aprelin 12-də keçirilən turizm sərgisində jurnalistlərin suallarını cavablandırarkən deyib.

«Düşünürəm ki, bu, çox ciddi addımdır. «Eurovision»a gələcək qonaqlar üçün geniş imkanlar açır. Bundan başqa Azərbaycana gələn turistlər 15 gün ərzində internet vasitəsilə də viza əldə edə bilərlər. Hazırda bu qərarın gerçəkləşməsi ilə bağlı texniki işlər görülməkdədir. Ümumiyyətlə ilin sonuna qədər viza alınmasının ən müasir üsulları tətbiq olunacaq».

Nazir deyib ki, yarışmanın davam etdiyi günlərdə qonaqlar üçün xüsusi avtobuslar fəaliyyət göstərəcək.

«Bütün mehmanxanaların qarşısından xüsusi ekskursiyalar təşkil olunacaq. Artıq bu sahədə hazırlıqlara başlanılıb. Həmin günlərdə Bakıdakı bütün muzey və qoruqlar gücləndirilmiş iş rejimində işləyəcək. «Eurovision» müddətində bütün muzeylər saat 20:00-a qədər fəaliyyət göstərəcək. Müsabiqə günləri hətta muzeylər saat 24:00-a kimi işləyəcək».
XS
SM
MD
LG