Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:02

Gənclər Çin səfirliyinin önündə aksiya keçirib


Aprelin 12-də «Dalğa» Gənclər Hərəkatı Çinin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.

Hərəkatdan «Media forum» saytına verilən məlumata görə, aksiyada 20-yə yaxın «Dalğa»çı iştirak edib. Onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin Suriya prezidenti Bashar as-Assadin öz vətəndaşlarına qarşı törətdiyi qırğınlara dəstək verməsini, BMT-də Suriya rejimi əleyhinə hazırlanan qətnamələrə qarşı çıxmasını pisləyiblər.

Aksiya iştirakçıları ingilis dilində yazılmış şuarlar qaldırıblar və üzərində Çin mütəfəkkirlərinin adları yazılmış köynəklər geyiniblər.

Aksiya insidentsiz ötüşüb.
XS
SM
MD
LG