Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:22

Suriyada atəşkəs elan olundu


Aprelin 12-də Suriyada atəşkəs elan olunub. İlkin məlumata görə, hər hansı bu, zorakılıqla müşayiət edilməyib.

Rəsmi Dəməşq aprelin 11-də söz verib ki, hərbi əməliyyatları dayandıracaq, amma “terrorçu” adlandırdığı qüvvələrə cavab vermək üçün ehtiyatı əldən verməyəcəyini bildirib.

Döyüşlərin dayandırılması BMT-nin keçmiş baş katibi, BMT və Ərəb Ölkələri Liqasının xüsusi səfiri Kofi Annanın təşəbbüsü idi. Rəsmilər döyüşü bundan sonra davam etdirib-etdirməyəcəyinə dair hər hansı vəd verməyib, Annanın sözçüsü isə vurğulayıb ki, onlar buna məcburdurlar.

Vaşinqton isə Suriyanın öz vədinə əməl edəcəyinə inanmır.

Kofi Annan İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə mətbuat konfransında İranı zorakılığa qarşı mübarizəyə çağırıb və vəziyyət sonradan pisləşərsə, “ağlagəlməz nəticələri” olacağı ilə bağlı xəbərdarlıq edib.
XS
SM
MD
LG