Keçid linkləri

2026, 19 İyul, bazar, Bakı vaxtı 02:08

Yəməndə 30-a yaxın yaraqlı öldürülüb

Çərşənbə günü Yəməndə gedən toqquşmalarda 30-a yaxın yaraqlı ölüb.

Hakimiyyət azı 25 əl qaidəçinin öldürüldüyünü deyir.

3 gündür ki, Yəmənin cənubunda silahlı toqquşmalar gedir.

Döyüş yaraqlıların Abyan əyalətindəki hərbi bazaya hücumundan sonra başlayıb.

Yəmənin cənubundakı bəzi ərazilər hazırda Əl Qaidə ilə əlbir olan yaraqlıların nəzarətindədir.

ABŞ və onun müttəfiqləri ehtiyat edir ki, Yəmən terrorçuluqla əsas mübarizə meydanlarından birinə çevrilə bilər.
This item is part of
XS
SM
MD
LG