İndoneziyanın Açex əyalətində 8.6 bal gücündə zəlzələ olub.
Hind Okeanında sunami ilə əlaqədar bir neçə ölkədə xəbərdarlıq edilib. Zəlzələ Sinqapur, Tailand və Hindistanda da hiss edilib.
İndoneziya Geofizika İdarəsi suyun səviyyəsində yüksəlmə olmadığını bildirsə də, əraziyə xilasedicilər göndərilib.
2004-cü ildə Hind okeanında 9.1 bal gücündə zəlzələ, ardınca sunami olmuşdu. Həmin vaxt İndoneziyada 170 min, ümumilikdə 13 okean ölkəsində 230 min adam həlak olmuşdu.