Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:04

Məktəblilər arasında da narkotik istifadəçiləri var


Səhiyyə Nazirinin müavini Elsevər Ağayev deyib ki, ölkədə məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. O, bundan narahat olduqlarını söyləyib.

APA-nın məlumatına görə, E. Ağayev deyib ki, Səhiyyə və Təhsil nazirliklərinin birgə apardığı «Narkotiklərə yox deyək!» kampaniyası bu sahədə uğurlu addım olacaq. Nazir müavini hesab edir ki, məktəblərdə təbliğat işi aparılmalı, valideynlər də bu işdə iştirak etməlidirlər.

Elsevər Ağayevin sözlərinə görə, Azərbaycan 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin istifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixontrop maddələrin istifadəsi üzrə Konvensiyaya qoşulub:

«Ona görə də biz mütəmadi olaraq, bu maddələrin qanuni istifadəsi ilə bağlı məlumatları təqdim edirik. Səhiyyə Nazirliyi narkotik, psixotrop maddələrin, onların prekursorlarının qanuni dövriyyəsinə nəzarət edən əsas qurumdur. Bu gün səhiyyəmizi narkotik, psixotrop maddələrsiz də təsəvvür edə bilmərik. Narkotik və psixotrop vasitələrin qeyri-qanuni istifadəsi artıq dünyada ən çox gəlir gətirən sahələrdən birinə çevrilib. Ona görə də hamı - valideynlər, şagirdlər də bu məsələdə aktiv olmalıdır».
XS
SM
MD
LG