Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Eynulla Fətullayev sayt yaradıb


Aprelin 11-də «İnsan Haqları Uğrunda» İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev tərəfindən yaradılan «haqqin.az» saytının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən E. Fətullayev saytın məqsədinin Azərbaycanda insan hüquq və azadlıqları sahəsində olan problemlərin ictimaiyyətə çatdırılmasından ibarət olduğunu deyib:

«Biz Azərbaycanın uğurlarına sevinirik. Lakin insan hüquq və azadlıqları sahəsində bəzi problemlər var. Həmin problemlərin həlli istiqamətində görülən işlər, həmçinin bu sahədə olan çatışmazlıqlar barəsində həm dünya, həm də yerli ictimaiyyətə məlumatlar çatdırmağa çalışacağıq».

E. Fətullayev saytın ingilis və rus dillərində fəaliyyət göstərəcəyini söyləyib: «Yaxın vaxtlarda saytın Azərbaycandilli versiyası da təqdim olunacaq. Lakin əvvəlcə rus və ingilis dillərində fəaliyyət göstərməyə başladıq. Çünki bizim ölkədə olan problemləri yerli ictimaiyyət bilir. Bunlar barəsində beynəlxalq ictimaiyyətin bilməsi daha vacibdir».

E. Fətullayev saytda gündəlik xəbərlərin yerləşdiriləcəyini bildirib: «Xəbərlərlə yanaşı, biz hüquq bazası da yaratmışıq. Bizim vətəndaşların ən böyük problemi hüquqlarını düzgün bilməmələridir».
XS
SM
MD
LG