Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:33

Aprelin 12-i səhər son gündür


BMT Təhlükəsizlik Şurası Suriyanı yenidən Kofi Annanın sülh planını yerinə yetirməyə çağırıb. Döyüşlərin dayandırılması üçün son günün aprelin 12-i səhər olduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyada baş verənlərdən dərin narahatlıqlarını da bildiriblər. Suriya hakimiyyətindən aprelin 10-a qədər döyüş bölgələrindən ağır texnikanın çıxarılması tələb olunsa da ölkədə hələ də silahlı qarşıdurma davam edir.

Kofi Annan sülh planının uğurlu nəticə verəcəyinə ümid edir. Moskvada səfərdə olan Suriyanın xarici işlər naziri Valid Muallemlə görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, silahlı müxalifət də zorakılıqdan əl çəkməlidir.
XS
SM
MD
LG