Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:32

ABŞ Şimali Koreyanı fəzaya raket göndərməkdən imtinaya çağırıb


ABŞ dövlət katibi Hillaru Clinton Şimali Koreyanı fəzaya ballistik raket göndərməkdən əl çəkməyə çağırıb. Bildirib ki, əgər Şimali Koreya “sülh şəraitində gələcək” istəyirsə, bundan imtina etməlidir.

Pxenyan bu günlərdə Şimali Koreyanın qurucusu Kim İr Senin 100 illiyi ilə bağlı fəzaya ballistik raket göndərməyi planlaşdırır.

ABŞ və onun müttəfiqləri hesab edirlər ki, bu nüvə başlığı daşıyan ballistik raketin sınağı ola bilər.
XS
SM
MD
LG