«Baku Taxi Company şirkəti avtomobillərinin sürücüləri üçün gündəlik tarif planını 40 manatdan 20 manatadək azaldıb. Bu barədə çərşənbə günü Trend-ə şirkətin rəhbəri İlqar Qasımov məlumat verib.
«Tarif planı həftənin altı günü ərzində səkkiz saatlıq qrafikə şamil edilir», - Qasımov deyib.
Bazar günləri avtomobillər əlavə ödəniş həyata keçirmədən sürücülərin şəxsi məqsədləri üçün istifadə oluna bilər.
Hazırda Bakıda çalışan «London Taxi» avtomobillərinin sayı 500 ədəddir.