Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:10

18 yaşlı əsgər yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb.

APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeyd alınıb. Ağır güllə yarası alan Milli Ordunun əsgəri, 18 yaşlı Ayxan Nizami oğlu Mustafayev hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu faktı təsdiqləyib. E. Sabiroğlu bildirib ki, atəşkəsin pozulması nəticəsində atışma olub: «Nəticədə bizim bir əsgərimiz yaralanıb, qarşı tərəfdən isə bir nəfərin öldüyü və bir neçə nəfərin yaralanması barədə məlumatlar var».

A. Mustafayev bu ilin yanvarında Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
This item is part of
XS
SM
MD
LG