Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Müəllimlərə və həkimlərə maaş əvəzinə toyuq veriləcək


Özbəkistanda bu ay müəllimlər və həkimlərə maaş əvəzinə Serbiyadan gətirilən toyuqlar paylanıb. Müəllimlərdən biri AzadlıqRdiosuna deyib ki, hər adama məcburi 10 toyuq verirlər, hərəsinə görə maaşdan 3 dollar çıxırlar. Hətta saxlamağa şəraiti olmayanlara, bina evində yaşayanlara da zorla toyuq aldırırlar.

Buxarada, Vobkənd qəsəbəsində artıq 20 min toyuğun verildiyi, daha 40 mininin də bu ayın sonu veriləcəyi bildirilib.

Fevral ayında hökumət qərar vermişdi ki, ölkədə toyuq əti və yumurta istehsalını artırmaq üçün ictimai resurslardan da istifadə eləsinlər.

Hökumət bildirir ki, Serbiyadan gətirilən toyuqlar yerli toyuqlardan fərqli olaraq cəmi 2 aya yumurta verir deyə, onları seçiblər və toyuqları ancaq könüllü paylayırlar.
XS
SM
MD
LG