Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:00

«Azərbaycanda qaz hasilatının 2025-ci ildə 50 mlrd. kubmetrə çatacağı gözlənilir»


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Aprelin 10-da Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) forumunun açılışı olub. Forumda dünyanın 30-a yaxın ölkəsindən nümayəndə iştirak edib.

Forumun açılışında çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycanda 1994-cü ildə «Əsrin müqaviləsi» imzalandıqdan sonra neft-qaz sahəsində əldə edilən uğurlardan danışıb. APA-nın məlumatına görə, R. Abdullayev bildirib ki, ölkədə 2015-ci ildə qaz hasilatının 30 mlrd. kubmetrə, 2025-ci ildə 50 mlrd. kubmetrə çatacağı gözlənilir.

«Avropanın qaza olan tələbatının 2020-ci ildə 70%-ni, 2030-cu ildə isə 88%-ni xarici mənbələr hesabına ödəniləcəyi ilə bağlı proqnozları nəzərə alsaq, Azərbaycanın bu sahədə rolu böyük olacaq. Hazırda ARDNŞ dünyanın 30 ölkəsinə neft məhsulları ixrac edir və şirkət gələcəkdə ixrac coğrafiyasını daha genişləndirəcək», - deyə R. Abdullayev bildirib.

Daha sonra baş nazirin müavini Yaqub Eyyubov prezident İlham Əliyevin forum iştirakçılarına məktubunu oxuyub.

140-dan çox şirkəti təmsil edən 400-dən çox nümayəndənin qatıldığı forumda əsas müzakirə mövzusu Azərbaycanda yeni tikiləcək neft-qaz emalı və neft-kimya kompleksi olacaq. Ümumi maliyyə dəyəri 14 milyard manat olacaq bu kompleksin əsas səhmdarları ARDNŞ və Neft Fondu olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG