Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:29

Bu ilin əvvəlində neft hasilatı düşüb


Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə axan neft məhsulu bu ilin birinci rübündə ötən ilin analoji müddəti ilə müqayisədə 7,93 faizi düşüb.

Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi saytında verilən məlumata görə, bu il boru kəməri vasitəsilə 7,93 milyon ton neft ötürülüb.

Məlumatda deyilir ki, 2005-ci ildən, yəni Bakı-Tbilisi-Ceyhan boru kəməri istifadəyə verilən vaxtdan bəri 183,7 milyon ton neft ötürülüb.

Neft hasilatının azalmasının səbəbi ilə bağlı heç bir detallı məlumat verilmir.

2011-ci ildə Azərbaycan neft hasilatı 45,4 milyon ton olub. 2010-cu ildə isə neft hasilatı isə 50,8 milyon ton olub. Qaz istehsalı isə 2,4 faiz olub.

ARDNŞ-nin məlumatında deyilir ki, bu ilin mart ayında BTC kəməri ilə Azərbaycan neftindən başqa 317 min 981 ton Türkmənistan nefti də nəql olunub.
XS
SM
MD
LG