Keçid linkləri

2026, 07 İyun, bazar, Bakı vaxtı 08:27

Polis zabitinin özünü odlu silahla yaradığı deyilir

Aprelin 10-da səhər saatlarında Ağdam rayonu ərazisində yerləşən atəş hazırlığı poliqonunda insident baş verib.

APA-nın məlumatına görə, atış hazırlığı zamanı Ağdam Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi Haqverdiyev Allahverdi Yaqub oğlunun əlində avtomat silah ehtiyatsızlıq nəticəsində açılıb və nəticədə güllə özünə dəyib.

Ağır yaralanan rəis köməkçisi Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hospitala çatdırılıb və onun üzərində əməliyyat aparılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
This item is part of
XS
SM
MD
LG