Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Prezident MTN əməkdaşlarını mükafatlandırdı


Gəncə şəhərində xüsusi əməliyyat keçirən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir qrup əməkdaşı Azərbaycan prezidentinin 2012-ci il 9 aprel tarixli sərəncamı ilə orden və medallarla təltif olunub.

Sərəncama əsasən, polkovnik-leytenant Elşad Quliyev ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni, «Qartal» xüsusi təyinatlı dəstəsinin digər əməkdaşları isə «Vətən uğrunda», «İgidliyə görə» və «Hərbi xidmətlərə görə» medalları ilə təltif ediliblər.

Aprelin 6-da MTN-in «Qartal» xüsusi təyinatlı dəstəsi Gəncə şəhərində əməliyyat həyata keçirib. Nazirlik təxribat-pozuculuq və terror aktları planlaşdıran silahlı qrupu zərərsizləşdirdiyi barədə məlumat yayıb.
XS
SM
MD
LG