Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:23

7 müxalifətçi sutkalıq həbs alıb


İctimai Palatanın 8 aprel mitinqi öncəsi Bakıda vərəqə paylayan bir neçə siyasi fəal həbs olunub.

Həbs olunanlardan 3-ünün vəkili Əshabəli Mustafayev AzadlıqRadiosuna deyib ki, aprelin 9-da müdafiə etdiyi şəxslərlə görüşə bilib:

«Onlar hamısı vərəqə paylanarkən saxlanılıb. Sonra da onları polisə müqavimət adı ilə protokollaşdırıblar. Məlum oldu ki, onlar polisdə saxlanarkən onlara mənəvi zorakılıq olub - söyüş və təhqirlərə məruz qalıblar. Hətta Nihad Hüseynovu 1 gecə polis bölməsinin dəhlizində heç bir sənəd olmadan saxlayıblar. Vəkilləri, yaxınları ilə əlaqə saxlamaq imkanı verilməyib onlara. Mən həbs olunanın 3 nəfər olduğunu bilirdim. Bugünkü görüşdə isə bəlli oldu ki, 5 nəfəri həbs ediblər».

AXCP Gənclər Komitəsinin üzvü Nihad Hüseynov 15, partiyanın rayon şöbə üzvləri - Elçin Dəmirov 11, Cəlal QafarovZülfüqar Qubadov isə 12 sutka azadlıqdan məhrum edilib.

AXCP rəyasət heyətinin üzvü Asi Yusifli isə 1 sutka Səbail rayon 39-cu polis bölməsində saxlandıqdan sonra 21 manat cərimə edilərək buraxılıb.

Müsavat Partiyasından isə Elnur Əsgərliyə 11, Teymur FərzəliyevQabil Qafarova isə 3 sutka həbs verildiyi bildirilir. Digər müsavatçı Şahin Mirzəyev isə saxlanarkən vəziyyəti pisləşib. Onu xəstəxanaya yerləşdirdikdən sonra sərbəst buraxıblar.
XS
SM
MD
LG