Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:37

Tehran nüvə danışıqlarını İstanbulda aparmağa razılaşdı


Tehran özünün nüvə proqramına dair danışıqları aprelin 14-də İstanbulda davam etdirməyə razılaşıb. Danışıqlar İranla altı böyük dövlət – Britaniya, Çin, Rusiya, Fransa, Almaniya və ABŞ rəsmiləri arasında olacaq.

Bundan əvvəl İran danışıqları Türkiyədə aparmağa razılaşsa da sonradan Ankaranın İranın müttəfiqi olan Suriyaya qarşı mövqeyinə görə bundan imtina etmişdi. Tehran danışıqları İraqın paytaxtı Bağdadda aparmağı təklif edirdi. İndi isə bəyan edib ki, müzakirələrin ilk mərhələsi İstanbulda keçiriləcək. Əgər məhsuldar olsa, növbəti mərhələ Bağdadda keçirilə bilər.

Qərb İranı nüvə proqramı ilə silah əldə etməyə çalışmaqda ittiham edir. Tehran isə bu proqramının yalnız dinc məqsədli olduğunda israr edir.
XS
SM
MD
LG