Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Suriya son anda yeni tələblərlə Annan planından imtina edir


BMT-nin keçmiş Baş katibi Kofi Annanın Suriyada atəşkəs planı da iflasa uğrayır. Suriya hökuməti aprelin 10-da qüvvəyə minməsi nəzərdə tutulan atəşkəs razılaşmasından az əvvəl yeni şərtlər irəli sürüb. Həmin şərtləri isə müxalifət qəbul etmir.

Müxalifətin Azad Suriya ordusunun komandiri Riad al-Asaad bildirib ki, onlar Annan planına uyğun olaraq atəşkəsə əməl etməyə hazırdırlar.

Suriyanın Xarici İşlər Nazirliyi isə bazar günü Annandan tələb edib ki, onun atəşkəs planının icrası üçün xarici ölkələr, o cümlədən Qatar, Türkiyə və Səudiyyə Ərəbistanının “terrorçu” qruplara yardımları dayandırılmalıdır.

Fransa dərhal Suriyanın yeni tələblərini qəbuledilməz adlandırıb.

Eyni zamanda Çin də Suriya hökumətini atəşkəslə bağlı öhdəliklərini icra etməyə çağırıb.
Aprelin 9-da Suriyanın Xarici İşlər naziri Wallid Muallem Moskvaya səfər edir.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının Suriyaya dair qətnaməsinin qəbuluna qarşı çıxan Rusiya və Çin də Annaın atəşkəs planını müdafiə edirlər.

Suriyada prezident Bashar Assadın rejimi əleyhinə aksiyalara hökumətin silahlı müdaxiləsi ilə başlayan qarşıdurmada BMT 10 000 nəfərə yaxın adamın həlak olduğunu bildirir.
XS
SM
MD
LG