«Ölkəmizdə siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi vacib və zəruri məsələdir. Bu baxımdan, «Siyasi partiyalar haqqında» yeni qanunun qəbul edilməsi ciddi rol oynaya bilər. Sənəd partiyaların fəaliyyətində müsbət təsirini göstərəcək». Bu fikirləri Yeni Azərbaycan partiyasının saytına Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.
F. Ağamalı bildirib ki, 1992-ci ildə qəbul edilmiş bu qanun indiki reallıqlara cavab vermir. Onun sözlərinə görə, Milli Məclisdə təmsil olunan bütün partiyalar həmin sənədin yenilənməsinin tərəfdarıdır:
«Azərbaycan müvafiq qanunları ekspertizadan keçmək üçün beynəlxalq təşkilatlara göndərir ki, bu da əhəmiyyətlidir. Çünki qanunlarımız Avropa standartlarına uyğunlaşdırılır. Bu baxımdan, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Fikrimcə, yeni sənədin qəbulu ilə siyasi partiyaların formalaşmasında və inkişafında yeni bir mərhələ başlayacaq».