Səhiyyə Nazirliyi gənc mütəxəssislər üçün xarici ölkələrdə ixtisasartırma kurslarına göndərir.
Nazirlikdən verilən məlumata görə, kurslar kardiologiya, cərrahiyyə, anesteziologiya və intensiv terapiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya və psixiatriya ixtisaslarını əhatə edəcək.
Ən azı 3 il iş stajı və xarici dilləri səlis bilənlər mayın 1-ə qədər müraciət edə bilərlər.
Təcrübə proqramı «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirilir.