Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:15

Sabah Bakıda 27 dərəcə isti olacaq


Aprelin 10-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Abşeron yarımadasında temperatur gecə 6-9° isti, gündüz 23-28° isti olacaq. Bakıda isə gecə 7-9° isti, gündüz 25-27° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 750 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-70 faiz olacaq.
XS
SM
MD
LG