Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:46

Azərbaycanda 2 milyona yaxın sığortaolunan var


2012-ci ilin ilk rübündə Dövlət Sosial Müdafiə Fondu 12 036 sığortaolunana sosial sığorta nömrəsi verib və onlar üçün fərdi hesab açılıb. 2012-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 milyon 978 890 nəfərə çatıb. Bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondu yayıb.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 56,1 faizi kişi, 43,9 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir.

Fərdi uçot əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.
XS
SM
MD
LG