Keçid linkləri

2024, 14 İyul, bazar, Bakı vaxtı 08:33

Ermənistanda Azərbaycan film festivalı keçiriləcək


Aprelin 12-də Ermənistanın Gümrü şəhərində Azərbaycan filmlərinin festivalının keçirilməsi planlaşdırılır.

APA-nın festivalın təşkilatçısı olan «Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi»nə istinadən yaydığı məlumata görə, Gümrü Jurnalistlər Klubunda 2007-2008-ci illərdə Azərbaycanda çəkilmiş 4 qısametrajlı (bir sənədli, 3 bədii) filmin nümayişi planlaşdırılır. Səsvermə nəticəsində filmlərdən biri «Tamaşaçı simpatiyası» nominasiyası üzrə qalib elan olunacaq. Filmlər erməni dilinə tərcümə olunub. Festival Böyük Britaniya və ABŞ-ın Ermənistandakı səfirliklərinin dəstəyi ilə keçirilir.

Mərkəz 2010-cu ilin noyabrında Yerevanda analoji tədbir keçirmək istəsə də, heç bir səbəb açıqlanmadan təşkilatçılara yer verilməməsi nəticəsində festival baş tutmayıb.
XS
SM
MD
LG