Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:05

Suriya müxalifəti hakimiyyətə yazılı təminat verməkdən imtina edib


Silahlı Suriya müxalifətinin nümayəndələri hakimiyyətə yazılı təminat verməkdən imtina edib.

Suriya hakimiyyəti bundan əvvəl ordunun şəhərlərdən çıxarılmasından öncə müxalifətdən silahlı mübarizənin dayandırılmasına yazılı təminat istəmişdi.

Azad Suriya Ordusunun komandanı polkovnik Riad al Asad bildirib ki, müxalifət

Bashar Assadın legitimliyini tanımadığına görə belə bir təminat verməyəcək.

Amma o eyni zamanda qeyd edib ki, əgər hakimiyyət verdiyi vədləri yerinə yetirsə, üsyançılar atəşi dayandırmağa hazırdır.

Müxalifət fəalların sözlərinə görə təkcə son gün ərzində ölkədə 150-dən çox adam öldürülüb.
XS
SM
MD
LG