Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 18:40

Myanmar prezidenti ilk dəfə üsyançıların liderlərilə görüşüb

Myammar ( keçmiş Birma) prezidenti Thein Sein ilk dəfədir ki, Karen tayfasının müstəqilliyi uğrunda mübarizə aparan üsyançıların liderlərilə görüşüb.

Üsyançıların nümayəndəsi görüşün xoş ab-havada keçirildiyini deyir.

Üsyançıların 20 il həbs cəzasına məhkum edilmiş liderlərindən biri ötən ay vaxtındanəvvəl azad edilib.

Myanma rəhbərliyi 20 illik hərbi hakimiyyətdən sonra ölkədə bir sıra islahatlar həyata keçirib.

Ötən ay isə parlamentdəki boş yerlərə keçirilmiış seçkini müxalifət udub.
This item is part of
XS
SM
MD
LG