Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Yəməndə keçmiş prezidentin tərəfdarları hava limanını zəbt edib


Yəmənin paytaxtı Sanada keçmiş prezident Ali Abdullah Salehin silahlı tərəfdarları beynəlxalq hava limanına hücum ediblər.

Məlumatlara görə, hücum edənlər hava limanına gedən yollları bağlayıb, dispeçer qülləsini dağıdıblar.

Hava limanı bağlanıb, reyslər təxirə salınıb.

İtki barədə məlumat yoxdur.

İnsident onlarla keçmiş məmurun istefaya göndərilməsindən sonra baş verib.

Keçmiş hərbi hava qüvvələrinin rəisi və prezidentin mühafizə idarəsinin rəhbəri də onların arasındadır.

Onlardan biri Ali Abdullah Salehin qardaşı , biri isə qohumudur.
Mülki və hərbi məmurların dəyişdirilməsi Yəməndə hakimiyyətin dinc yolla verilməsilə bağlı planın əsas şərtlərindən biridir.

30 ildən çox idi ki, hakimiyyətdə olan Ali Abdullah Saleh bunun əvəzində toxunulmazlıq hüququ alıb.

İndi ölkəni yeni prezident Abed Rabo Mansur Hadi idarə edir.
XS
SM
MD
LG