Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Şənbə günü Suriyada azı 24 adam öldürülüb


BMT-nin baş katibi Ban Kİ Moon Suriyada müxalifət birləşmələrinə qarşı hərbi əməliyyatların davam etdirilməsini ittiham edib.

O bildirib ki, hakimiyyətin aprelin 10-dan atəşin dayandırılmasına razılıq verməsi həmin günədək törədilən qətillərə haqq qazandıra bilməz.

Yerli fəallar şənbə günü hökumət qoşunlarıyla müxalifət birləşmələri arasında baş verən toqquşmalarda azı 24 adamın öldüyünü xəbər verirlər.

Cümə günü baş vermiş toquşmalarda isə 20-dən çox adam ölüb.

10 minlərlə adam həmin gün etiraz aksiyalarına çıxıb.

Suriya prezidenti Bashar Assad atəşin dayandırılmasıyla bağlı BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Kofi Annanın sülh planını qəbul etsə də bundan sonra Türkiyəyə
axışan qaçqınların sayı daha da artıb.
XS
SM
MD
LG