Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 05:07

BMT Suriya hakimiyyətini atəşi təcili dayandırmağa çağırıb


BMT-nin baş katibi Ban Kİ Moon Suriyada müxalifət birləşmələrinə qarşı hərbi əməliyyatların davam etdirildiyini deyir.

Ban Ki Moon bildirib ki, Suriya hakimiyyətinin aprelin 10-dan atəşin dayandırılmasına razılıq verməsi həmin günədək törədilən qətillərə haqq qazandıra bilməz.

BBC yerli hüquq müdafiəçilərinə istinadla təkcə son 2 gün ərzində baş vermiş toqquşmalarda azı 100 nəfərin öldüyünü xəbər verir.

Ban Ki Moon Suriya hakimiyyətindən təcili atəşin dayandırılmasınə tələb edib.

Suriya prezidenti Bashar Assad atəşin dayandırılmasıyla bağlı BMT və Ərəb Dövlətləri
Liqasının xüsusi elçisi Kofi Annanın sülh planını qəbul etsə də bundan sonra Türkiyəyə axışan qaçqınların sayı daha da artıb.
XS
SM
MD
LG