Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:54

Yəməndə onlarla məmur işdən azad edilib


Yəməndə 10-dan çox general da daxil olmaqla, keçmiş prezident Abdullah Salehə sadiq olan bir sıra yüksək səlahiyyətli məmur istefaya göndərilib.

Hərbi hava qüvvələrinin rəisi və prezidentin mühafizə xidmətinin rəhbəri də onların arasındadır.

Bu vəzifələri keçmiş prezident Salehin qardaşı və qohumu tuturdular.

Mülki və hərbi məmurların dəyişdirilməsi Yəməndə hakimiyyətin dinc yolla verilməsilə bağlı planın əsas şərtlərindən biridir.

30 ildən çox idi ki, hakimiyyətdə olan Ali Abdullah Saleh bunun əvəzində toxunulmazlıq hüququ alıb.

İndi ölkəni yeni prezident Abed Rabo Mansur Hadi idarə edir.
XS
SM
MD
LG