Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:28

Hakimiyyətin «şifer korrupsiyası», 64 min 762 manata univermaq


Mətbuat icmalı
Mətbuat icmalı
«Siyasi partiyalar haqqında» yeni qanun layihəsi parlamentin müzakirəsinə çıxarılıb.

Bu barədə «Yeni Azərbaycan» qəzetinə YAP icra katibinin müavini Mübariz Qurbanlı məlumat verib.

Qəzet qanun layihəsinin ilkin variantının aprelin 10-da Milli Məclisin komitələrində müzakirə ediləcəyini yazır.

«Azadlıq» qəzeti «Hakimiyyətin «şifer korrupsiyası»ndan yazır:

«İndi ölkənin pulları şiferlərin dəyişdirilməsi adı altında talan edilir… Azərbaycanda evlərin, sosial obyektlərin asbest şiferli dam örtükləri dəyişdiriləcək. Bununla əlaqədar Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanlarına məktub göndərib».

Qəzet yazır ki, artıq bir neçə rayonda yaşayış evləri və sosial obyektlərin sayının dəqiqləşdirilməsinə başlanılıb.

«Ayna» qəzeti «Biznesledi»lərin Azərbaycanda cəmi 14 faiz olduğunu yazır. Beynəlxalq Maliyyə Korporasiyasının araşdırmalarına istinad edən qəzet yazır ki, Gürcüstanda bu göstərici 46, Tacikistanda 51 faiz təşkil edir.

«Bakı Univermağı şok qiymətə hərraca çıxarılıb». «Bizim yol» qəzeti yazır ki, Səbail rayonunda yerləşən köhnə univermaq 64762 manata hərraca çıxarılıb:

«Bu, univermağın real qiymətindən ən azı 10 dəfə ucuzdur, çünki məqsəd ələ keçirməkdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG