Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 17:13

Səudiyyə Ərəbistanı yay olimpiadasına qadın idmançılar göndərmir

Səudiyyə Ərəbistanının olimpiya komitəsinin sədri şahzadə Navaf bin Faisal deyib ki, Səudiyyə Ərəbistanı 2012-ci ilin London yay olimpiya oyunlarına qadın idmançılar göndərməyəcək.

Ancaq o deyib ki, istəyənlər özləri fərdi qaydada gedə bilərlər.

Şahzadə bildirib ki, qadınların idman yarışlarında iştirakı şəriətə zidd deyil.

Səudiyyə Ərəbistanı hələ heç vaxt olimpiya oyunlarına qadın idmançılardan ibarət yığma göndərməyib.
This item is part of
XS
SM
MD
LG