Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

Səbinə Vaqifqızı. Uzaqdan sevmək


.
Münsiflər bu şeiri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


Səbinə Vaqifqızı


UZAQDAN SEVMƏK

Səni sevmək...

Heç getmədiyim yad bir ölkədə yaşamaq kimi.

Görəsən Mart ayı hava necə olur sualına

cavab aramaq kimi

Ya da əlində xəritəylə dolaşmaq,

amma itməkdən qorxmamaq,

dilini anladığına əmin olmaq kimi bir rahatlıq,

mədəmin alışmadığı yeməkdən ağrıması kimi bir narahatlıq.

Saat fərqindən yuxumun pozulması,

Çoxluqda azlıq, varlıqda yoxluq kimi bir şey

Səni sevmək, beynin bir köşəsini məşğul etməkdir,

Heç kimin gözləmədiyi bir məqamda ağlamaq

ya da nə bilim gülməkdir.

Amma bəzən də siqnal səsinə diksindiyim dalğınlıqdır,

Yelləncəkdə üzü aşağı enərkən ürəyimin düşməsi kimidir,

Qaranlıqda işığı yandırmaqdan qorxmaq,

bir qorxudur, ya da bir cəsarətdir

səni uzaqdan sevə bilmək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG