Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 19:47

Havanın temperaturu yüksələcək


Həftəsonu Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 7-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq.
Havanın temperaturu gecə 5-8, gündüz 16-21 dərəcə isti olacaq.

Rayonlarda da aprelin 7-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG