Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Sarayevo mühasirənin başlanmasının 20 illiyini qeyd edir


Bu gün Bosniyanın Sarayevo şəhəri müharibə vaxtı mühasirənin başlanmasının 20 illiyini qeyd edir.
Şəhərin əsas küçəsinə 11 541 kürsü qoyulub.
44 ay davam edən mühasirədə məhz bu qədər adam ölüb.

Müasir tarixdə bir şəhərin bu qədər uzun mühasirəsi olmayıb.

Sarayevonu Bosniyanın serb qüvvələri mühasirəyə almışdı.

1992-1995-ci illər Bosniya müharibəsində isə 100 min adam ölüb, 2,2 milyon evindən didərgin düşüb.

Xatirə tədbirləri çərçivəsində 11541 yeri olan zalda konsert keçirilir.
Azadlıq Radiosunun Sarayevoda olan müxbiri Daisy Sindelar xəbər verir ki, bu anım mərasimi Sarayevoda 20 ildə ilk belə böyük tədbirdir.
XS
SM
MD
LG